Kirayə mənzil bazarında qiymətlər necə dəyişəcək? - AÇIQLAMA

Hazırda Bakının mərkəzinə yaxın, xüsusən də infrastrukturun son zamanlar daha çox inkişaf etdiyi ərazilərində qiymət artımı müşahidə edilir.
Bu sözləri Trend-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti Vüqar Oruc deyib.
O bildirib ki, hazırda Bakı şəhərinin mərkəzində kirayə mənzillərin qiyməti təqribən 1000-1500 manat civarında dəyişir.
Qurum sədrinin sözlərinə görə, mərkəzə yaxın, xüsusən də infrastrukturun son zamanlar daha çox inkişaf etdiyi ərazilərdə qiymət artımı daha çox nəzərə çarpır:
"Hazırda mərkəzə yaxın yerlərdə qiymətlər 700-1000 manat aralığında dəyişir. Mərkəzdən kənarlaşdıqca, ucqarlara getdikcə qiymətlərin enməsini müşahidə edirik. Məsələn, Xırdalan, Hövsan, Zabrat, Zığ, Alatavanın bəzi ərazilərində hazırda mənzil kirayəsində qiymətlər təqribən 300-350, 400 manat civarında dəyişir".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре