Valideynləri körpəyə fiziki zorakılıq göstərib

Paytaxtın Sabunçu rayonu ərazisində 2024-cü il təvəllüdlü körpənin valideynləri tərəfindən fiziki zorakılığa məruz qalması və nəticədə bədən xəsarətləri alması barədə polisə məlumat daxil olub.

Day.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli "Qafqazinfo"ya bildirib ki, polis əməkdaşlarının müşayiəti ilə körpə həkim nəzarəti altında təcili xəstəxanaya yerləşdirilib.

Onun sözlərinə görə, məsələ ilə bağlı ərazi polis orqanında araşdırma başlanılıb.

Hər iki valideyn izahatlarının alınması üçün Polis Bölməsinə gətirilib.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.