Paşinyan parlamentdə deputata hücum çəkdi - VİDEO

Ermənistan Milli Məclisində bu gün gərgin anlar yaşanıb. Baş nazir Nikol Paşinyanla parlamentdəki deputatlardan biri arasında ciddi mübahisə baş verib.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, hadisə parlamentin iclası zamanı qeydə alınıb.
Müzakirələr zamanı deputatın hökumətə yönəltdiyi sərt tənqidlər Paşinyanın narazılığına səbəb olub. Gərgin söz duelindən sonra Baş nazirin deputatın üzərinə hücum etməyə cəhd göstərdiyi bildirilir.
Mübahisəyə səbəb olan məsələ və deputatın kimliyi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, son vaxtlar Ermənistan siyasi arenasında daxili narazılıqlar və etirazlar fonunda hökumət və müxalifət arasında münasibətlər daha da kəskinləşib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре