Bakıda uşaq özünü ölümdən son anda xilas etdi

"Əhmədli" metrostansiyası yaxınlığı, Məhəmməd Hadi küçəsində magistral yolda çətin anlar yaşanıb.

Day.Az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb.

Balaca uşaq piyadalar üçün nəzərdə tutulmayan yerdə sürücünün qarşısına qəfil çıxıb.

Sürücü vaxtında reaksiya verib qəfil əyləci basdığına görə hadisədən son anda yayına bilib.