Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibində dəyişiklik edilib

"Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Muxtar Babayev - Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi statusunda Müşahidə Şurasının tərkibinə daxil edilib.

Muxtar Babayev bundan əvvəl Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasında ekologiya və təbii sərvətlər naziri kimi təmsil olunub.