https://news.day.az/azerinews/1775369.html
Cəlilabadda yanğın törədən şəxs məsuliyyətə cəlb edilib
Avqustun 21-də Cəlilabad rayonu Söyüdlü kəndinin ərazisindəki əkin sahəsində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub. DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki, araşdırmalarla yanğının 1980-ci il təvəllüdlü Oqtay Abbasov tərəfindən törədildiyi məlum olub.
Cəlilabadda yanğın törədən şəxs məsuliyyətə cəlb edilib

Avqustun 21-də Cəlilabad rayonu Söyüdlü kəndinin ərazisindəki əkin sahəsində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki, araşdırmalarla yanğının 1980-ci il təvəllüdlü Oqtay Abbasov tərəfindən törədildiyi məlum olub.
Hadisə nəticəsində 2 hektar ərazidə quru ot və kol-kos yanıb.
Əməli törədən O.Abbasov barəsində məsuliyyət tədbiri görülüb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре