Türkmənbaşı şəhərində Prezidenti İlham Əliyev, Qurbanqulu Berdiməhəmmədov və Şavkat Mirziyoyev arasında yüksəksəviyyəli görüş keçirilib

Avqustun 22-də Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında yüksəksəviyyəli görüş keçirilib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev birgə foto çəkdirdilər.