“Qarabağ”ın gəncləri “Benfika”ya 1:7 uduzdu

Bu gün UEFA Gənclər Liqasının əsas mərhələsi start götürür.
Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Çempionlar Liqasının "Benfika" - "Qarabağ" matçı ilə yanaşı bu gün adları çəkilən klubların gənclərdən ibarət komandaları (U-19) da üz-üzə gələcəklər.
Oyun Bakı vaxtı ilə saat 14:00-da Lissabondakı "Kayşa Futeboç Kampuş" arenasında keçiriləcək.
Qeyd edək ki, "Qarabağ"ın U-19 komandasına veteran futbolçu Rəşad Sadiqov rəhbərlik edir.
Xatırladaq ki, Ağdam təmsilçisinin gənclər komandası yarışın Liqa mərhələsində ümumən 6 oyun keçirəcək.
UEFA Gənclər Liqası, I tur
"Qarabağ" - "Benfika"
***
"Benfika" 6-cı dəqiqədə hesabı açır - 1:0
***
"Benfika" hesabı 2:0 edir.
***
Rəqib 17-ci dəqiqədə 3-cü qolu qapımıza vurur.
***
"Benfika" 4-cü dəfə fərqlənir.
***
26-cı dəqiqədə hesab 5:0 olur.
***
38-ci dəqiqədə "Benfika" 6-cı dəfə fərqlənir.
***
İlk hissə başa çatdı
***
İkinci hissə başladı
***
61-ci dəqiqədə hesab 7:0 oldu.
***
"Qarabağ" hesab arasındakı fərqi azaldır. Əli Qazıbəyov 85-ci dəqiqədə fərqlənir.
***
Matç başa çatdı.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре