https://news.day.az/azerinews/1781606.html Formula 1 pilotları Bakıda qutab bişirdilər - FOTOlar Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 çərçivəsində Paddock ərazisində yerləşən Chill Zone-da maraqlı anlar yaşanıb. Alpine komandasının sürücüləri Franko Kolapinto və Pyer Qasli, eləcə də Red Bull-un pilotu Yuki Tsunoda Azərbaycan mətbəxinin sevilən təamlarından olan qutab hazırlayıblar.

Formula 1 pilotları Bakıda qutab bişirdilər - FOTOlar

Azərbaycanca, 19 сентября 2025 14:42 (UTC +04:00) 469
Formula 1 pilotları Bakıda qutab bişirdilər

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 çərçivəsində Paddock ərazisində yerləşən Chill Zone-da maraqlı anlar yaşanıb. Alpine komandasının sürücüləri Franko Kolapinto və Pyer Qasli, eləcə də Red Bull-un pilotu Yuki Tsunoda Azərbaycan mətbəxinin sevilən təamlarından olan qutab hazırlayıblar.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, xüsusi məkanda təşkil olunan tədbirdə qonaqlar pilotların yeməyi dadmaqla yanaşı, onların bişirmə prosesini də izləyiblər. Kolapinto tapşırığa böyük ciddiyyətlə yanaşıb, qutabları diqqətlə hazırlayaraq nəticədən sonra sevincini gizlətməyib. Qasli isə yumorla fərqlənib - hazırladığı qutab ənənəvi formadan uzaq olsa da, zarafatla: "Kim deyib ki, qutab mütləq yumru olmalıdır?" - deyə bildirib.

Sonda pilotlar həmkarlarını və qonaqları hazırladıqları qutablarla qonaq ediblər. Argentinalı jurnalist Xuan Fossarolinin sözlərinə görə, sürücülərin təamı gözləniləndən də dadlı alınıb. Tədbirdən yayılan görüntülər isə qısa zamanda sosial şəbəkələrdə böyük maraq doğurub.

  • Formula 1 pilotları Bakıda qutab bişirdilər

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости