Pirşağı-Xırdalan yolu bu tarixdə yekunlaşacaq

Hazırda Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi davam etdirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən layihənin 51 %-ni icra edilib. Bəs Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi nə zaman yekunlaşacaq?
Day.Az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, yolun tikintisinin növbəti il üçün tamamlanması planlaşdırılır.
Qeyd edək ki, uzunluğu 29 kilometr olan avtomobil yolu 1B texniki dərəcəli və 6 hərəkət zolaqlı olmaqla inşa edilir. Layihə çərçivəsində 9 yol qovşağı, 13 yol ötürücüsü, 1 kanal körpüsü və 2 açıq-qapalı tunel tipli yol ötürücüsünün tikintisi nəzərdə tutulub.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре