https://news.day.az/azerinews/1786147.html Azərbaycanın göstərdiyi ardıcıl səylər regionumuzda sülh və sabitliyin bərqərar edilməsinə hesablanıb - Ceyhun Bayramov Mövcud qlobal və regional təhlükəsizlik çağırışlarının qarşısında hərtərəfli siyasi koordinasiya və həmrəylik nümayişi son dərəcə vacibdir. Day.Az xəbər verir ki, bu sözləri Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Azərbaycanın göstərdiyi ardıcıl səylər regionumuzda sülh və sabitliyin bərqərar edilməsinə hesablanıb - Ceyhun Bayramov

Azərbaycanca, 7 октября 2025 09:58 (UTC +04:00) 488
Azərbaycanın göstərdiyi ardıcıl səylər regionumuzda sülh və sabitliyin bərqərar edilməsinə hesablanıb

Mövcud qlobal və regional təhlükəsizlik çağırışlarının qarşısında hərtərəfli siyasi koordinasiya və həmrəylik nümayişi son dərəcə vacibdir.

Day.Az xəbər verir ki, bu sözləri Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir qeyd edib ki, formalaşmaqda olan yeni beynəlxalq təhlükəsizlik arxitekturasında TDT-nin gücü birliyinin rəmzi kimi daha mühüm rol oynamaq potensialına malikdir.

"Azərbaycanın onilliklər boyunca münaqişə vəziyyətində olduğu Ermənistan ilə normallaşma prosesi istiqamətində göstərdiyi ardıcıl səylər, məqsədyönlü fəaliyyətlər də regionumuzda sülh və sabitliyin bərqərar edilməsinə hesablanıb", - deyə o əlavə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости