Yaqub Eyyubov "İstiqlal" ordeni ilə təltif edilib

Baş nazirinin birinci müavini Yaqub Eyyubov "İstiqlal" ordeni ilə təltif edilib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında böyük xidmətlərinə görə Yaqub Abdulla oğlu Eyyubov "İstiqlal" ordeni ilə təltif edilib.