https://news.day.az/azerinews/1790250.html Bu virus 172 nəfərin həyatına son qoydu - Heyvanlardan yoluxur Nigeriyada heyvanlardan insanlara keçən xəstəlik olan Lassa qızdırmasından ölənlərin sayı bu il 172 nəfərə çatıb. Day.Az Milli.Az-a istinadən xəbər verir ki,  paytaxt Abuka da daxil olmaqla, digər 21 ştatda Lassa qızdırması hallarının artmaqda davam etdiyi açıqlanıb.

Bu virus 172 nəfərin həyatına son qoydu - Heyvanlardan yoluxur

Azərbaycanca, 24 октября 2025 04:20 (UTC +04:00) 434
Bu virus 172 nəfərin həyatına son qoydu

Nigeriyada heyvanlardan insanlara keçən xəstəlik olan Lassa qızdırmasından ölənlərin sayı bu il 172 nəfərə çatıb.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki,  paytaxt Abuka da daxil olmaqla, digər 21 ştatda Lassa qızdırması hallarının artmaqda davam etdiyi açıqlanıb.

Açıqlamada yanvarın 1-dən bu yana ölkədə 924 Lassa qızdırması hadisəsinin qeydə alındığı, bununla da xəstəliyin səbəbi olan Lassa virusundan ölənlərin sayının 172-yə çatdığı vurğulanan açıqlamada, ən çox xəstələnənlərin 21-30 yaş qrupu olduğu, kişilərin qadınlara nisbətən xəstəliyə daha çox yoluxduğu vurğulanıb.

Lassa virusu ötən il ölkə üzrə 190 nəfərin həyatına son qoyub. 

Siçovul nəcisi ilə təmasda olan xəstəlik insandan insana keçə bilər və ölümcül hemorragik qızdırmaya səbəb olur. Səlahiyyətlilər əhalini siçovullar və digər gəmiricilərlə təmasdan çəkinməyə çağırır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости