https://news.day.az/azerinews/1790651.html Kir Starmer və Zelenski arasında görüş keçirilib Bu gün Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukrayna Prezidenti Volodimir Zelenski ilə Dauninq Stritdə ikitərəfli görüş keçirib. AZƏRTAC xəbər verir ki, görüş zamanı K. Starmer Ukraynaya qarşı Rusiya hücumlarının qarşısını almaq istiqamətində mütləq öhdəlik daşıdıqlarını bildirib.

Kir Starmer və Zelenski arasında görüş keçirilib

Azərbaycanca, 24 октября 2025 19:46 (UTC +04:00) 408
Kir Starmer və Zelenski arasında görüş keçirilib

Bu gün Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukrayna Prezidenti Volodimir Zelenski ilə Dauninq Stritdə ikitərəfli görüş keçirib.

AZƏRTAC xəbər verir ki, görüş zamanı K. Starmer Ukraynaya qarşı Rusiya hücumlarının qarşısını almaq istiqamətində mütləq öhdəlik daşıdıqlarını bildirib. O, Zelenskinin qətiyyəti və cəsarətini yüksək qiymətləndirib, lakin qeyd edib ki, Putin danışıqlara başlamaq istəmir.

K. Starmer əlavə edib ki, bu həftə Rusiyanın neft və qaz sektoruna qarşı təzyiqlərin artırılması mümkündür və artıq böyük irəliləyişlər əldə olunub. Britaniya hökumət başçısı bildirib ki, Böyük Britaniya Ukraynanın ən yaxın müttəfiqi və tərəfdaşıdır. O əlavə edib ki, xüsusilə uzaqmənzilli silahlar və təhlükəsizlik təminatları sahəsində hələ görüləcək işlər qalır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости