Bakıda binanın eyvanı uçaraq restoranın üstünə tökülüb - VİDEO
Bakının Nərimanov rayonunda yerləşən binanın eyvanı uçaraq restoranın üstünə tökülüb.
Day.Az xəbər verir ki, hadisə Albert Aqarunov küçəsində baş verib.
Dünən səhər saatlarında eyvan uçaraq "Başkent" restoranının üzərinə düşüb. Yaxınlıqda çalışanlardan öyrəndik ki, dördmərtəbəli bina qeyri-yaşayış obyekti olub.
Binada müxtəlif ofislər fəaliyyət göstərib. Tikili Nərimanov Rayon İcra Hakimiyyəti və Mənzil Kommunal Təssərüfatının balansında olmadığından dəyən ziyanla bağlı dəqiq məlumat yoxdur.
Fakt hüquq-mühafizə orqanları tərəfindən tərəfindən araşdırılır.
Binanın birnci mərtəbəsindəki iaişə obyektinin nümayəndəsi "Xəzər Xəbər"ə hadisənin təfərrüatını danışıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре