https://news.day.az/azerinews/1791412.html
"Brabus" zirehli "Gelandewagen"i satışa çıxardı
Məşhur "Brabus" avtomobil atelyesi özünün "Invicto Mission VR6" modelini satışa çıxarıb. Milli.Az xəbər verir ki, bu model "Mercedes-Benz G-Class" əsasında hazırlanmış zirehli avtomobillər seriyasına daxildir. Maşın avtomat silah atəşinə və qumbara partlayışlarına tab gətirə bilir.
"Brabus" zirehli "Gelandewagen"i satışa çıxardı
Məşhur "Brabus" avtomobil atelyesi özünün "Invicto Mission VR6" modelini satışa çıxarıb.
Milli.Az xəbər verir ki, bu model "Mercedes-Benz G-Class" əsasında hazırlanmış zirehli avtomobillər seriyasına daxildir. Maşın avtomat silah atəşinə və qumbara partlayışlarına tab gətirə bilir.
2020-ci ildə istehsal edilən nəqliyyat vasitəsi cəmi 866 km məsafə qət edib. Qiyməti 712 800 avrodur.
Qeyd edək ki, 421 at gücünə malik səkkizsilindrli benzin mühərriki sayəsində avtomobil 100 km/saat sürətə 5,9 saniyəyə çatır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре