https://news.day.az/azerinews/1800318.html
Prezident İlham Əliyev finlandiyalı həmkarını təbrik edib
Prezident İlham Əliyev Finlandiya Prezidenti Aleksandr Stubba ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb. Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda qeyd olunub: "Hörmətli cənab Prezident...
Prezident İlham Əliyev finlandiyalı həmkarını təbrik edib
Prezident İlham Əliyev Finlandiya Prezidenti Aleksandr Stubba ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda qeyd olunub:
"Hörmətli cənab Prezident,
Finlandiya Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında əlaqələr bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре