https://news.day.az/azerinews/1800333.html Azərbaycan və Qətər əməkdaşlığı intensivləşdirmək barədə razılığa gəliblər Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Doha Forumu çərçivəsində Qətərin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Maryam bint Əli bin Nasir Al-Misnad ilə görüşüb. Day.Az xəbər verir ki, Hikmət Hacıyev bu barədə özünün "X" hesabında paylaşım edib.

Azərbaycan və Qətər əməkdaşlığı intensivləşdirmək barədə razılığa gəliblər

Azərbaycanca, 6 декабря 2025 11:47 (UTC +04:00) 520
Azərbaycan və Qətər əməkdaşlığı intensivləşdirmək barədə razılığa gəliblər

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Doha Forumu çərçivəsində Qətərin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Maryam bint Əli bin Nasir Al-Misnad ilə görüşüb.

Day.Az xəbər verir ki, Hikmət Hacıyev bu barədə özünün "X" hesabında paylaşım edib.

"Doha Forumu çərçivəsində Qətər Dövlətinin Beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri zati-aliləri Maryam bint Əli bin Nasir Al-Misnad ilə görüşməkdən məmnun oldum. Görüş zamanı ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin daha da gücləndirilməsi yollarını müzakirə etdik və qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığımızı intensivləşdirmək barədə razılığa gəldik", - deyə paylaşımda qeyd olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости