Milli Məclisin payız sessiyasının sonuncu iclasının tarixi açıqlanıb

Milli Məclisin payız sessiyasının sonuncu plenar iclasının tarixi açıqlanıb.

Day.Az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasının sonunda məlumat verib.

Spiker bildirib ki, növbəti iclas dekabrın 30-da keçiriləcək.