Xəstə qadın və anasını yanğından onlar xilas etdi

Biləsuvarda "Melioratorlar" qəsəbəsindəki yaşayış binasında yanğın baş verib.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə 1971-ci il təvəllüdlü Xatirə Əliyevaya məxsus ümumi sahəsi 35 m² olan 2 otaqlı mənzildə qeydə alınıb.

Ev əşyaları ilə birlikdə tamamilə yanıb.

Xəstə vəziyyətdə olan ev sahibi və onun yaşlı anası qonşuların köməyi ilə yanğından xilas ediliblər.

Ailənin məktəbli üzvü Arzu hadisə ilə bağlı bunları bildirib: "Mən anama və nənəmə baxıram. İki qardaşım var, onlardan biri psixoloji problemlərə görə xəstəxanda müalicə alır. Digəri isə müddətdən artıq hərbi qulluqçudur. Ev almaq üçün pul toplamışdı, onun pulu da yanıb".

Yanğın hadisə yerinə gələn yanğından mühafizə bölməsinin əməkdaşları tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.