Milli Məclis Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə müraciət edəcək

Milli Məclisin payız sessiyasının dekabrın 30-da keçiriləcək son plenar iclasının gündəliyi açıqlanıb.

Day.Az xəbər verir ki, Milli Məclis Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Müraciət edəcək.

 

Bu barədə parlamentin payız sessiyası üzrə dekabrın 30-da keçiriləcək sonuncu plenar iclasının gündəliyinə məsələ daxil edilib.