https://news.day.az/azerinews/1808539.html Argentina millisinin müdafiəçisi "Yuventus"un hədəfində "Bornmut"un müdafiəçisi Markos Senesi karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, "Yuventus" argentinalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Nikolo Şira məlumat yayıb.

Argentina millisinin müdafiəçisi "Yuventus"un hədəfində

Azərbaycanca, 10 января 2026 14:18 (UTC +04:00) 376
Argentina millisinin müdafiəçisi "Yuventus"un hədəfində

"Bornmut"un müdafiəçisi Markos Senesi karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, "Yuventus" argentinalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Nikolo Şira məlumat yayıb.

Senesinin "Bornmut"la 6 aylıq müqaviləsi qaldığı üçün başqa klublarla danışıq apara bilər. 28 yaşlı mərkəz müdafiəçisinin meneceri yaxın vaxtlarda Turinə gedərək "Yuventus"la sözləşmə şərtlərini müzakirə edəcək.

Qeyd edək ki, "Bornmut" Markos Senesini 2022-ci ilin yayında "Feyenoord"dan transfer edib. Argentina millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 4 qol ötürməsi edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости