https://news.day.az/azerinews/1811149.html Xankəndidə avtoxuliqanlıq edən şəxs həbs olundu - VİDEO Xankəndidə ictimai-asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Day.Az-a DİN Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Xankəndidə avtoxuliqanlıq edən şəxs həbs olundu - VİDEO

Azərbaycanca, 22 января 2026 10:10 (UTC +04:00) 323
Xankəndidə avtoxuliqanlıq edən şəxs həbs olundu

Xankəndidə ictimai-asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Day.Az-a DİN Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, Xankəndi şəhərində fərdi əməklə məşğul olan 40 yaşlı Elnur Süleymanov şəhər ərazisində idarə etdiyi "Chevrolet Camara" markalı avtomobil ilə qarlı hava şəraitində yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla təhlükəli manevrlər edərək avtoxuliqanlıq edib.

E.Süleymanov barəsində polis əməkdaşları tərəfindən protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs sürücülük hüququndan 1 il müddətinə məhrum olmaqla, 15 sutka həbs edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости