https://news.day.az/azerinews/1814424.html Sağlamlıq üçün təhlükəli imiş - Çoxunun evində var Daxili səthində cızıqlar olan keramika stəkanlardan istifadə sağlamlıq üçün risklidir. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, xüsusilə bu cür stəkanlarda isti çay və ya qəhvə içmək ağır metallara məruz qalma ehtimalını artırır.

Sağlamlıq üçün təhlükəli imiş - Çoxunun evində var

Azərbaycanca, 7 февраля 2026 04:16 (UTC +04:00) 388
Sağlamlıq üçün təhlükəli imiş

Daxili səthində cızıqlar olan keramika stəkanlardan istifadə sağlamlıq üçün risklidir.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, xüsusilə bu cür stəkanlarda isti çay və ya qəhvə içmək ağır metallara məruz qalma ehtimalını artırır.

Qeyd olunur ki, keramika stəkanlar gildən hazırlanır və üzərindəki qoruyucu örtük zədələndikdə, tərkibində olan ağır metallar qida və içkilərə keçməyə başlayır. Stəkanın iç səthində əmələ gələn xırda cızıqlar bu prosesi daha da sürətləndirir. İsti içkilər isə ağır metalların içkiyə keçmə riskini artıran əsas amillərdən biridir.

Məlumata görə, bir çox evdə hələ də cızılmış keramika stəkanlardan istifadə olunur. Halbuki bu cür qablar artıq mətbəxdə istifadə üçün uyğun hesab edilmir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости