ADY yanvar ayında 856 mindən çox sərnişin daşıyıb

"Azərbaycan Dəmir Yolları" QSC bu ilin yanvar ayında 856 mindən çox sərnişin daşıyıb.

Bu barədə Day.Az-a qurumun mətbuat xidməti məlumat verib.

 

Məlumatda qeyd olunur ki, bu göstərici keçən ilin müvafiq dövrünün nəticələrini 20% üstələyir.