https://news.day.az/azerinews/1815239.html Bakıda “Kubinkaya” və “İçərişəhərə” aparan tunellər aşkar edilib? - AÇIQLAMA Sosial şəbəkələrdə Bayır Şəhərdə şimala və cənuba uzanan iki tunel aşkar edildiyi barədə məlumatlar yayılıb. Ərazidə yaşayan sakinlər iddia ediblər ki, tunellərdən biri "Kubinkaya", digəri isə "İçərişəhərə" aparır.

Bakıda “Kubinkaya” və “İçərişəhərə” aparan tunellər aşkar edilib? - AÇIQLAMA

Azərbaycanca, 10 февраля 2026 17:39 (UTC +04:00) 338
Bakıda “Kubinkaya” və “İçərişəhərə” aparan tunellər aşkar edilib?

Sosial şəbəkələrdə Bayır Şəhərdə şimala və cənuba uzanan iki tunel aşkar edildiyi barədə məlumatlar yayılıb.

Ərazidə yaşayan sakinlər iddia ediblər ki, tunellərdən biri "Kubinkaya", digəri isə "İçərişəhərə" aparır. 

Day.Az xəbər verir ki, mövzu ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsində aprılan abadlıq işləri çərçivəsində tunelin aşkarlanması ilə bağlı yayılan məlumatlarla əlaqədar AMEA-nın əməkdaşı Bəxtiyar Cəlilovla birgə əraziyə baxış keçirilib.

"Sözügedən ərazidə hər hansı tunel və quyu aşkar edilməyib", - deyə qurumdan məlumat verilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости