https://news.day.az/azerinews/1816277.html Türkiyə və BƏƏ liderləri Fələstin, Suriya, Yəmən və Somalidəki vəziyyəti müzakirə edəcəklər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 16-da Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.

Türkiyə və BƏƏ liderləri Fələstin, Suriya, Yəmən və Somalidəki vəziyyəti müzakirə edəcəklər

Azərbaycanca, 15 февраля 2026 12:14 (UTC +04:00) 330
Türkiyə və BƏƏ liderləri Fələstin, Suriya, Yəmən və Somalidəki vəziyyəti müzakirə edəcəklər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 16-da Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.

AZƏRTAC xəbər verir ki, Türkiyə lideri BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşündə ikitərəfli əməkdaşlığın vəziyyətini və perspektivlərini, eləcə də regionda sülhün və sabitliyin möhkəmləndirilməsi səylərini müzakirə etməyi planlaşdırır. Fələstin, Suriya, Yəmən və Somalidəki vəziyyətə xüsusi diqqət yetiriləcək.

BƏƏ Körfəz ölkələri arasında Türkiyənin ən böyük ticarət tərəfdaşıdır. Ankara ilə Əbu-Dabi arasında ticarət dövriyyəsi ildə 16 milyard dollara çatıb. Türkiyə və BƏƏ liderləri qarşılıqlı ticarəti 40 milyard dollara çatdırmaq üçün qarşıya ortamüddətli məqsəd qoyublar. Türkiyə Prezidentinin BƏƏ-yə son səfəri 2023-cü ilin iyul ayında baş tutub. Tərəflər ikitərəfli münasibətləri "strateji tərəfdaşlıq" səviyyəsinə qaldırdıqlarını elan ediblər.

Daha sonra Türkiyə lideri Efiopiyaya səfər edəcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости