https://news.day.az/azerinews/1816554.html Yas mərasimlərində israfçılıq aradan qaldırılması ilə bağlı çağırış edilib Fevralın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya iclası keçirilib. Komitədən Day.Az-a verilən məlumata görə, iclasda Kollegiyanın üzvləri, Dövlət Komitəsinin tabeliyindəki qurumların və struktur bölmələrin rəhbərlərinin iştirak ediblər.

Yas mərasimlərində israfçılıq aradan qaldırılması ilə bağlı çağırış edilib

Azərbaycanca, 16 февраля 2026 17:50 (UTC +04:00) 327
Yas mərasimlərində israfçılıq aradan qaldırılması ilə bağlı çağırış edilib

Fevralın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya iclası keçirilib.

Komitədən Day.Az-a verilən məlumata görə, iclasda Kollegiyanın üzvləri, Dövlət Komitəsinin tabeliyindəki qurumların və struktur bölmələrin rəhbərlərinin iştirak ediblər.

Bildirilib ki, regional bölmələrin fəaliyyəti barədə çıxışlarda bölgələr üzrə dini durum, dini icmaların aktivliyi, dini maarifləndirmə tədbirlərinin effektivliyi və qarşıda duran çağırışlar barədə məlumat verilib.

Kollegiya iclasında yas mərasimlərində israfçılığın aradan qaldırılması üçün cəmiyyətdə ümumi konsensusun əldə olunmasının zəruriliyinə toxunulub.

Qeyd olunub ki, Dövlət Komitəsi dəbdəbəli yas mərasimlərinin keçirilməsinin qarşısının alınması istiqamətində irəli sürülən ictimai təşəbbüsləri müsbət qiymətləndirir və bu cür təşəbbüslərə dəstək verməyə davam edəcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости