https://news.day.az/azerinews/1816555.html Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanılıb - FOTO Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədrisə başlanılıb. Day.Az Trend-ə istinadən xəbər verir ki, tədrisin ilk günündə idarə müdiri Sənan Mənsimli məktəbdə olub, dərs prosesini izləyib.

Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanılıb - FOTO

Azərbaycanca, 16 февраля 2026 17:57 (UTC +04:00) 331
Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanılıb

Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədrisə başlanılıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, tədrisin ilk günündə idarə müdiri Sənan Mənsimli məktəbdə olub, dərs prosesini izləyib.

İdarə müdiri sinif otaqlarında aparılan dərslərlə tanış olub, müəllim və şagirdlərlə söhbət apararaq onların tədris prosesi ilə bağlı fikir və təkliflərini dinləyib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də 960 şagird yerlik Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışında iştirak edib. Məktəb binası işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində inşa olunub. Təhsil müəssisəsində 43 sinif otağı, 16 inzibati otaq, 7 otaqdan ibarət STEAM mərkəzi, müasir texnoloji avadanlıqlarla təchiz edilmiş fizika, kimya və biologiya laboratoriyaları, informatika və çağırışaqədərki hazırlıq otaqları, kitabxana və muzey fəaliyyət göstərir.

Bununla yanaşı, məktəbdə 352 yerlik yeməkxana, 468 yerlik akt zalı, iki qapalı idman zalı, həmçinin açıq havada futbol və basketbol meydançaları müəllim və şagirdlərin istifadəsinə verilib.

  • Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanılıb

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости