https://news.day.az/azerinews/1820983.html "Mançester Siti"nin müdafiəçisi "Milan"a keçə bilər "Mançester Siti"nin müdafiəçisi Natan Ake karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, "Milan" niderlandlı futbolçunu transfer etmək istəyir.

"Mançester Siti"nin müdafiəçisi "Milan"a keçə bilər

Azərbaycanca, 9 марта 2026 15:46 (UTC +04:00) 314
"Mançester Siti"nin müdafiəçisi "Milan"a keçə bilər

"Mançester Siti"nin müdafiəçisi Natan Ake karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, "Milan" niderlandlı futbolçunu transfer etmək istəyir.

 

A Seriyası nəhəngi ötən il heyətinə qata bilmədiyi Ake üçün yenidən cəhd edəcək. 31 yaşlı mərkəz müdafiəçisinin İngiltərə klubu ilə müqaviləsi gələn ilin yayında başa çatır. Bu da keçidin reallaşmaq ehtimalını artırır.

Qeyd edək ki, "Mançester Siti" Natan Akeni 2020-ci ilin yayında "Bornmut"dan transfer edib. Niderland millisinin üzvü bu mövsüm "şəhərlilər"in heyətində meydana çıxdığı 25 rəsmi matçda qol və ya assistlə yadda qalıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости