https://news.day.az/azerinews/1821319.html Xocavənd və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Xocavənd rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocalı rayonunun Xanabad kəndinə növbəti köç karvanları yola salınıb.

Xocavənd və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb

Azərbaycanca, 11 марта 2026 07:30 (UTC +04:00) 271
Xocavənd və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Xocavənd rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocalı rayonunun Xanabad kəndinə növbəti köç karvanları yola salınıb.

Day.Az xəbər verir ki, köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən, yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə 20 ailə (81 nəfər), Xocalı rayonunun Xanabad kəndinə isə 21 ailə (103) nəfər köçürülüb.

Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости