https://news.day.az/azerinews/1822013.html
Levandovski İtaliya klubuna keçə bilər
"Barselona" ilə müqaviləsi başa çatan Robert Levandovski karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, "Yuventus" polşalı hücumçunu transfer etmək istəyir. Turin klubu yayda azad agent statusunda olacaq 37 yaşlı forvardla danışıqlara başlamağı planlaşdırır.
Levandovski İtaliya klubuna keçə bilər
"Barselona" ilə müqaviləsi başa çatan Robert Levandovski karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, "Yuventus" polşalı hücumçunu transfer etmək istəyir.
Turin klubu yayda azad agent statusunda olacaq 37 yaşlı forvardla danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, "Barselona" Robert Levandovskini 2022-ci ilin yayında "Bavariya"dan transfer edib. Polşa millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 14 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре