Avropanın ən yaxşı bespoke dileri Rolls-Royce Motor Cars Baku elan edildi - FOTO (R)
13 mart 2026-ci il tarixində Rolls-Royce Motor Cars Baku lüks avtomobil istehsalçısının Bespoke fərdiləşdirmə proqramı üzrə göstərdiyi uğurlu biznes nəticələrinə görə Avropa regionunda (Birləşmiş Krallıq, Avropa və Mərkəzi Asiya regionu) fəaliyyət göstərən 23 Rolls-Royce dileri arasında nüfuzlu İlin Dileri mükafatı ilə təltif olunmuşdur.
Şirkətin məşhur Dealer Awards proqramının 2025-ci il üzrə nəticələri Böyük Britaniyanın London şəhərində keçirilən diler konfransı zamanı elan edilmişdir.
Mükafat Rolls-Royce Motor Cars şirkətinin Baş İcraçı Direktoru Chris Brownridge tərəfindən təqdim edilmişdir və Rolls-Royce Motor Cars Baku-nun Bespoke sahəsindəki biznes fəaliyyətini bir sıra geniş və orta müddətli amillər əsasında qiymətləndirir. Bu göstəricilər 2025-ci ildə əldə edilən nəticələrlə yekunlaşmışdır.
Bespoke proqramı yüksək dərəcədə fərdiləşdirilmiş avtomobillər və xüsusi təcrübələr vasitəsilə müştərilər üçün dəyər yaratmağa yönəlib və şəxsi ifadə üçün geniş imkanlar təqdim edir.
Rolls-Royce Motor Cars Baku-nun Baş Direktoru Bayram Yaqubov bildirib: "Belə bir mükafat əldə etmək həqiqətən yadda qalan bir ilin nəticəsidir. Bespoke fərdiləşdirmə proqramı bizim davamlı biznes inkişafımız üçün mühüm rol oynayır. Müştərilərimizin bizə göstərdiyi etimada görə dərin minnətdarlığımızı bildiririk və bu etimad nüfuzlu mükafatın əsasını təşkil edir".
Rolls-Royce Motor Cars şirkətinin Regional Direktoru John Beckley vurğuladı: "Hər bir Bespoke avtomobili sahibinin baxışının və zövqünün unikal əksidir. Bu isə Rolls-Royce sahibliyinin təqdim etdiyi müstəsna və yüksək dərəcədə fərdiləşdirilmiş təcrübəni mümkün edir," və əlavə etdi: "Bakıdakı komanda artıq on ildən çoxdur ki, biznesin hər bir aspektində yüksək səviyyədə fəaliyyət göstərir. Onları davam edən uğurları münasibətilə təbrik edirik".
Azərbaycan və Mərkəzi Asiyada yeganə rəsmi diler olan Rolls-Royce Motor Cars Baku yaxın zamanda 2025-ci il üzrə uğurlu nəticələrini açıqlamışdır. Bespoke sifarişləri rekord səviyyəyə çatmışdır, o cümlədən Zaqafqaziyada bir müştəri üçün dünyada yalnız 25 ədəd istehsal olunan Phantom Centenary Private Collection avtomobillərindən biri. Müştərilərə təhvil verilən avtomobillərin ümumi sayı isə 2014-cü ildə diler mərkəzinin açılışından bəri ən yüksək səviyyəyə çatmışdır. İl ərzində diler Özbəkistan və Gürcüstanda müştəri qəbulları təşkil etmiş, həmçinin Bakının mərkəzində yerləşən şourumda tədbirlər keçirmişdir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре