https://news.day.az/azerinews/1824265.html
Rəsmi Vaşinqton İranı daha ağır zərbələrlə hədələdi
ABŞ hökuməti İranı yenidən hədələyib. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ağ Evin mətbuat katibi Carolyn Livitt bu gün keçirdiyi mətbuat konfransında İranın danışıqlar masasına oturmasının vacibliyini vurğulayıb.
Rəsmi Vaşinqton İranı daha ağır zərbələrlə hədələdi
ABŞ hökuməti İranı yenidən hədələyib.
Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ağ Evin mətbuat katibi Carolyn Livitt bu gün keçirdiyi mətbuat konfransında İranın danışıqlar masasına oturmasının vacibliyini vurğulayıb.
"İran hərbi məğlubiyyətini qəbul etməsə, Prezident Tramp bu ölkəyə əvvəlkindən daha güclü zərbələr endirməyə hazırdır", - Livitt bəyan edib.
Ağ Evin sözçüsü jurnalistlərə deyib ki, Tehran administrasiyası indiki reallığı qəbul etməlidir: "Biz xəbərdarlıq edirik və İran yenidən vəziyyəti yanlış qiymətləndirməməlidir".
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре