Tanınmış jurnalist vəfat etdi
Medianın İnkişafı Agentliyi (MEDİA) tanınmış jurnalist Rəşad Baxşəliyevin vəfatı ilə əlaqədar başsağlığı verib.
Day.Az xəbər verir ki, bu barədə agentliyin "X" sosial şəbəkə hesabında paylaşım edilib.
"Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi tanınmış jurnalist, Vətən müharibəsi iştirakçısı Rəşad Baxşəliyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin", - paylaşımda qeyd edilib.
xxx
09:33
Vətən müharibəsi iştirakçısı, tanınmış jurnalist Rəşad Baxşəliyev vəfat edib.
Day.Az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat paylaşıblar.
Bildirilib ki, mərhum jurnalist səhər saatlarında ürək çatışmazlığından dünyasının dəyişib.
Qeyd edək ki, Rəşad Baxşəliyev uzun müddət "Şərq" qəzetində çalışıb, daha sonra "Azərbaycan" qəzetində şöbə müdiri olub.
"Qubadlının azad olunmasına görə" medalı, "Tərəqqi" medalı ilə təltif edilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре