https://news.day.az/azerinews/1824578.html Şəkidə ağır qəzada sərnişin ÖLDÜ Şəki şəhərində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib. Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Salman Mümtaz küçəsində qeydə alınıb. 1996-cı il təvəllüdlü Şamil Musayevin idarə etdiyi "Mercedes C 200" markalı minik avtomobili ilə "Mercedes Atego" markalı yük avtomobili toqquşub.

Şəkidə ağır qəzada sərnişin ÖLDÜ

Azərbaycanca, 28 марта 2026 09:16 (UTC +04:00) 315
Şəkidə ağır qəzada sərnişin

Şəki şəhərində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Salman Mümtaz küçəsində qeydə alınıb. 1996-cı il təvəllüdlü Şamil Musayevin idarə etdiyi "Mercedes C 200" markalı minik avtomobili ilə "Mercedes Atego" markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində minik avtomobilində olan sərnişin, 1999-cu il təvəllüdlü Aygün Mustafayeva aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Onun meyiti avtomobildə sıxılmış vəziyyətdə qalıb və xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə zamanı avtomobilin sürücüsü Şamil Musayev də ağır xəsarətlər alıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır./

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости