https://news.day.az/azerinews/1827010.html Suraxanının bəzi ərazilərində işıq olmayacaq Suraxanı rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə Day.Az-a "Azərişıq" ASC-dən məlumat verilib.

Suraxanının bəzi ərazilərində işıq olmayacaq

Azərbaycanca, 10 апреля 2026 11:48 (UTC +04:00) 329
Suraxanının bəzi ərazilərində işıq olmayacaq

Suraxanı rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Day.Az-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə aprelin 10-da Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində əsaslı təmir işləri aparılacaq.

Hövsan qəsəbəsində yerləşən Transformator Məntəqəsində həyata keçiriləcək təmir-təftiş işləri ilə əlaqədar əlaqədar saat 13:00-dan 15:00-dək qəsəbənin Elçin Məmmədov, Oqtay Şabanov, İlqar Əhlimanov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости