https://news.day.az/azerinews/1827486.html Premyerliqa: “Mançester Siti” səfərdə “Çelsi”ni darmadağın edib - VİDEO "Mançester Siti" İngiltərə Premyer Liqasının 32-ci turu çərçivəsində səfərdə "Çelsi"nin qonağı olub. "Stemford Bric" stadionunda keçirilən qarşılaşma qonaqların 3:0 hesablı parlaq qələbəsi ilə başa çatıb.

Premyerliqa: “Mançester Siti” səfərdə “Çelsi”ni darmadağın edib - VİDEO

Azərbaycanca, 12 апреля 2026 22:15 (UTC +04:00) 347
Premyerliqa: “Mançester Siti” səfərdə “Çelsi”ni darmadağın edib

"Mançester Siti" İngiltərə Premyer Liqasının 32-ci turu çərçivəsində səfərdə "Çelsi"nin qonağı olub. "Stemford Bric" stadionunda keçirilən qarşılaşma qonaqların 3:0 hesablı parlaq qələbəsi ilə başa çatıb.

Day.Az İdman.Biz-ə istinadən xəbər verir ki, matçda hesabı 51-ci dəqiqədə Niko O'Rayli açıb. 57-ci dəqiqədə Mark Qehi "şəhərlilər"in üstünlüyünü artırıb. Görüşdə son nöqtəni isə 68-ci dəqiqədə Jeremi Doku qoyub. Rayan Şerki oyunda iki məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün turnirlər daxil olmaqla ardıcıl üçüncü qələbəsini qazanan "Mançester Siti" 64 xalla turnir cədvəlində ikinci pillədəki mövqeyini qoruyub. Mançester təmsilçisi lider "Arsenal"dan altı xal geri qalsa da, ehtiyatda bir oyunu var.

Aktivində 48 xal olan "Çelsi" isə İngiltərə çempionatında altıncı sırada qərarlaşıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости