https://news.day.az/azerinews/1829538.html Cəbrayılda Şəfəq layihəsi çərçivəsində ilk günəş paneli quraşdırıldı - FOTO Şəfəq (Cəbrayıl) günəş layihəsinin investorları olan bp, SOCAR Green, Azərbaycan Biznesinin İnkişafı Fondu və MVM məmnuniyyətlə bildirirlər ki, Cəbrayıl rayonunda yerləşən layihə sahəsində günəş panellərinin quraşdırılmasına başlamaqla layihə növbəti mərhələyə keçir.

Cəbrayılda Şəfəq layihəsi çərçivəsində ilk günəş paneli quraşdırıldı - FOTO

Azərbaycanca, 22 апреля 2026 12:15 (UTC +04:00) 257
Cəbrayılda Şəfəq layihəsi çərçivəsində ilk günəş paneli quraşdırıldı

Şəfəq (Cəbrayıl) günəş layihəsində panellərin quraşdırılmasına başlanılıb.

Day.Az xəbər verir ki, layihə bp, SOCAR Green, Azərbaycan Biznesinin İnkişafı Fondu və MVM tərəfindən həyata keçirilir.

İlk panelin bu ayın əvvəlində quraşdırılması ilə layihə tikinti baxımından növbəti mərhələyə keçib.

Layihə üzrə işlər plan üzrə davam edir və əsas avadanlıqlar artıq sahəyə çatdırılıb. Quraşdırma prosesində ciddi irəliləyiş əldə olunub, izləyici sistemlər və dayaqların təxminən 30%-i artıq quraşdırılıb.

Rəsmi açıqlamaya görə, layihə təhlükəsiz və səmərəli şəkildə icra olunur.

240 MVt gücündə olacaq stansiyanın 2027-ci ildə tamamlanması planlaşdırılır. Layihə çərçivəsində pik dövrdə 400-ə yaxın iş yeri yaradılacaq, hazırda isə 350-yə yaxın yerli işçi çalışır. İllik təxminən 500 QVt/saat yaşıl enerji istehsalı ilə bu layihə Azərbaycanın enerji keçidinə mühüm töhfə verəcək.

  • Cəbrayılda Şəfəq layihəsi çərçivəsində ilk günəş paneli quraşdırıldı

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости