https://news.day.az/azerinews/1838272.html Bakıda ilk dəfə Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək Bakı Enerji Həftəsi çərçivəsində iyunun 2-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və ABŞ Dövlət Departamentinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyaya uyğun olaraq ilk Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək.

Bakıda ilk dəfə Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək

Azərbaycanca, 31 мая 2026 14:27 (UTC +04:00) 315
Bakıda ilk dəfə Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək

Bakı Enerji Həftəsi çərçivəsində iyunun 2-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və ABŞ Dövlət Departamentinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyaya uyğun olaraq ilk Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək.

Bu barədə Day.Az-a Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Tədbir çərçivəsində regional bağlantılar, ticarət, sənaye, investisiyalar, enerji təhlükəsizliyi, tranzit, süni intellekt və rəqəmsal infrastruktur məsələlərinə dair əməkdaşlıq perspektivləri müzakirə olunacaq.

Hər iki ölkənin biznes dairələrinin iştirakı ilə xüsusi sessiyaların təşkili, əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости