https://news.day.az/azerinews/1839122.html Zəngilanda növbəti əmək yarmarkası təşkil olunub Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Zəngilan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin birgə təşkilatçılığı ilə Zəngilan şəhərində növbəti əmək yarmarkası keçirilib. Bu barədə AZƏRTAC-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Zəngilanda növbəti əmək yarmarkası təşkil olunub

Azərbaycanca, 3 июня 2026 19:56 (UTC +04:00) 315
Zəngilanda növbəti əmək yarmarkası təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Zəngilan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin birgə təşkilatçılığı ilə Zəngilan şəhərində növbəti əmək yarmarkası keçirilib.

Bu barədə AZƏRTAC-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, aktiv məşğulluq tədbirində nasos qurğularının maşinisti, təmizləyici qurğuların operatoru, təmirçi-çilingər və digər peşə istiqamətləri üzrə vakansiyalar təqdim olunub.

Yarmarkada iştirak edən şəxslərə iş yerləri üzrə tələblər barədə məlumat verilib, vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb.

Vətəndaşlar Dövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramları barədə də məlumatlandırılıblar.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости