https://news.day.az/azerinews/1872329.html Əli Verdiyevə vəzifə verildi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) yeni kadr təyinatı olub. Day.Az xəbər verir ki, AFFA-nın mətbuat xidmətindən verilən məlumata görə, Əli Verdiyev Kommunikasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru vəzifəsinə gətirilib.

Əli Verdiyevə vəzifə verildi

Azərbaycanca, 5 ноября 2026 17:51 (UTC +04:00) 225
Əli Verdiyevə vəzifə verildi

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) yeni kadr təyinatı olub.

Day.Az xəbər verir ki, AFFA-nın mətbuat xidmətindən verilən məlumata görə, Əli Verdiyev Kommunikasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru vəzifəsinə gətirilib.

Qeyd edək ki, Əli Verdiyev bu təyinatadək həm özəl sektorda, həm də beynəlxalq təşkilatlarda müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib.

Onun iş təcrübəsinə "Philip Morris International", "NEQSOL Holding" və "Japan Tobacco International" kimi şirkətlərdə reputasiyanın qorunması və böhran kommunikasiyasının idarə olunması daxildir. O, həmçinin "Uber Azerbaijan"da dövlət əlaqələri direktoru olub.

Əli Verdiyev Dünya Bankının Məşğulluğa Dəstək Layihəsində sosial mütəxəssis, Hesablama Palatasının Beynəlxalq Əlaqələr Departamentində direktor müavini kimi çalışıb. UNICEF strukturlarında isə tənzimləyici siyasət və beynəlxalq münasibətlər sahəsində fəaliyyət göstərib.

O, 2000-ci ildə Azərbaycan Dillər Universitetində ingilis dili və tərcüməşünaslıq üzrə bakalavr təhsilini başa vurub. 2012-ci ildə Xəzər Universitetində beynəlxalq biznes ixtisası üzrə magistr dərəcəsi alıb.

Xatırladaq ki, AFFA-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmış Murad Axundov oktyabrın 1-də qurumdan ayrılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости