Pensiyaçılara

Day.Az представляет новость на азербайджанском языке.

Dövlət Sosial Müdafiə Fondu yanvar ayının 15-ə şəhər və rayonlar üzrə əmək pensiyalarının maliyyələşdirilməsini qrafikdən əvvəl başa çatdırıb.

Fonddan APA-ya verilən məlumata görə, "Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında" prezidentin sərəncamının icrasından irəli gələn texniki işlər yekunlaşdırılmaq üzrədir.

Əmək pensiyaçıları fevral ayı üzrə pensiyalarını artım tətbiq edilməklə alacaqlar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.