Avropanın ən ucuz şəhərinin adı məlum oldu
Day.Az представляет новость на азербайджанском языке.
Trivago turizm servisi Avropanın turistlər üçün ən ucuz şəhərlərini müəyyənləşdirib.
Virtualaz.org Britaniyanın Daily Mail nəşrinə istinadən xəbər verir ki, Avropa qitəsində Bolqarıstanın paytaxtı Sofiya şəhərindən ucuz şəhər yoxdur. Burada bir gün yaşamaq və gecələmək bir nəfər üçün cəmi 67 dollara başa gəlir.
Ucuzluq reytinqində ikinci yer Makedoniyanın paytaxtı Skopye şəhərinə məxsusdur. Burada Sofiyaya nisbətən 3 dollar çox xərcləmək lazımdır - $70.
İlk üçlüyü isə Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhəri qapayır - bu şəhərdə 74 dollara bir gün və bir gecə yaşamaq mümkündür.
Avropada ən bahalı şəhər statusu isə Londondadır - 267 dollar.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре