"Şuşa-Qarabağ"dan azakeşlərə jest:

Day.Az представляет новость на азербайджанском языке

"Şuşa-Qarabağ"ın ev oyunlarını keçirəcəyi adına aydınlıq gətirilib.

Milli.Az xəbər verir ki, "Şuşa-Qarabağ" futbol klubunun müşahidə şurasının komandanın 2016-2017-ci ildə 1-ci divizionda ev sahibi olaraq rəqib klubları hansı stadionda qəbul etməsi ilə bağlı iclası keçirilib.

İclasda bir neçə stadion, futbol bazası təklif olunub. Nəhayət, Masazırda yerləşən "Əlincə" stadionu bütün texniki şərtlərə uyğun gəldiyi üçün bu stadionla müqavilə bağlamaq qərara alınıb.

Klubun prezidenti Güləli Bağırov bildirib ki, onlar 2016-2017-ci il mövsümündə bütün futbol sevənləri "Əlincə" stadionunda görməkdən məmnun olacaqlar.

Klubun mətbuat xidməti rəhbərinin müavini Günel Rüstəmovanın sözlərinə görə, iclasda alınan digər bir qərara əsasən isə, "Şuşa-Qarabağ" komandasının oyunlarını izləmək üçün gələn azarkeşlərə üzvlük kartları paylanacaq. Bu kartları alan şəxslər komandanın ev sahibi olduğu, eləcə də rəqib sahədə keçirəcəyi oyunları əlavə pul ödəmədən izləyə biləcəklər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.