Röyanın keçmiş əri: "Bilmirəm ki, məni "döymək" kimə lazım idi?"

Day.Az представляет новость на азербайджанском языке

----------
17:35

Azərbaycanın ən tələbatlı müğənnilərindən olan Röya Nəcəfovanın keçmiş həyat yoldaşı Anar döyülməsi barəsində bəzi KİV-lərdə yayılan xəbərlərə münasibət bildirib.

Atv.az-a özəl açıqlama verən Anar bu tip xəbərləri "cəfəngiyyat" adlandırıb. O qeyd edib ki, deyilənlərin ona heç bir adiyyəti yoxdu:

"Mən bilmirəm ki, bu yazıları yazan, bu süjetləri verən KİV-lər nə məqsəd güdür? Ən azından mənimlə əlaqə saxlayıb xəbəri dəqiqləşdirə bilərdilər. Lakin heç kəs bunu etmədi, mən də, öz növbəmdə, məcbur olub sosial şəbəkələrdə şəklimi paylaşdım ki, dostlarım, qohumların nigaran qalmasın. Mən sağ-salamatam. Bilmirəm ki, məni "döymək" kimə lazım idi. Amma heç olmasa bu barədə yazanda özümə zəng edin ki, "döyüldüyümü" bilim".

----------
15:41

Ötən gün mediada yayılan xəbərə görə, əməkdar artist Röya Ayxanın keçmiş əri Anar Cəlilovgecə klublarının birində mühafizəçilər tərəfindən vəhşicəsinə döyülmüşdü.

Anarın döyülməsinə səbəb isə həddidən artıq spirtli içki qəbul edərək, məkanda olan qadınlara sataşması olub. 

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Röyanın keçmiş əri qısa açıqlama verib. O, yayılan xəbəri təkzib edərək bunları bildirib. 

"Hər şey ağ yalan və provokasiyadır. Medianın yazdıqlarına inanmayın".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.