"Apple" pilotsuz avtomobil layihəsində çalışan əməkdaşlarını qovdu

Day.Az представляет новость на азербайджанском языке
Apple şirkəti sürücüsüz avtomobil ilə əlaqədar bir neçə şöbəni bağlayaraq işçiləri ixtisar edib.
Day.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. İşdən çıxarılan əməkdaşlara səbəb kimi "Titan" adlı layihənin yenilənməsi göstərilib.
Şirkət təmsilçiləri ətraflı məlumat verməkdən imtina ediblər.
Qeyd edək ki, Apple rəsmi olaraq avtomobil layihəsi üzərində işlədiklərini təsdiq etməyib. Ancaq 2015-ci ildə mətbuatda "Titan" adlı sürücüsüz maşının 2019-cu ildə istehsalına başlanılacağını yazıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре