"Azərbaycan universitetlərinin yeni idarəetmə modeli yaradılır" - Mikayıl Cabbarov
Day.Az представляет новость на азербайджанском языке
"Azərbaycan müstəqil dövlət kimi özünün ali təhsil müəssisələrində elmin idarə edilməsi sistemini müasirləşdirir".
Day.Az report-a istinadən xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov deyib.
O qeyd edib ki, elmin müasirləşdirilməsi, dünya elminə inteqrasiyasının rolunun artırılmasını təmin etmək müasir dövrdə qarşıda duran əsas çağırışlardandır: "Bu sistemə cavab vermək imkanlarımız genişdir. Bu yolun ilk mərhələsindəyik".
Nazir bildirib ki, insan kapitalının formalaşması ilə məşğul olan ali təhsilin rolu davamlı şəkildə yüksəlir: "Universitetlərimiz ənənəvi şəkildə kadr yetişdirməklə yanaşı, biliklərə əsaslanan məhsul istehsalçısına çevrilir. Son illər elmi tədqiqat fəaliyyətinə qrantların cəlb olunması üçün müvafiq tədbirlər görülüb. Bu da gənclərin elmə marağını bir daha artırmış olur".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре