Bakıda Meksikanın Müstəqillik günü qeyd olunub

Day.Az представляет новость на азербайджанском языке

Meksikada müstəqillik naminə müharibənin başlanğıcı kimi tanınan Qrito de Dolores mərasimi Azərbaycan paytaxtının sakinləri və qonaqları üçün artıq bir ənənəyə çevrildi. Adətə görə, keşiş Migelİdalqo i Kostiya (Miguel Hidalgo y Costilla) kilsəyə gələn insanları 15 sentyabr 1810-cu il tarixində Yeni İspaniyanın rəhbərliyini tanımamağa və ona qarşı çıxmağa çağıraraq, Dolores kilsəsindəki zınqrovlardan birini vurur. Hazırda həmin kilsənin yerləşdiyi yer Dolores İdalqo bələdiyyəsi,  Quanaxuato ştatıdır.

Day.Az bildirir ki, Milli Günün qeyd olunması münasibətilə Meksikanın Azərbaycandakı Səfirliyi rəsmi qəbul təşkil edildi. Tədbirin əvvəlində Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini nitq ilə çıxış etdi. İlk öncə Səfir Meksikada sentyabrın 8-də baş vermiş zəlzələnin qurbanları üçün öz dərin kədərini ifadə etdi. Daha sonra, Meksika ilə Azərbaycan arasında ikitərəfli münasibətlərə ümumi baxış keçirdi, müxtəlif  əməkdaşlıq  sahələri üzrə nailiyyətlərdən və perspektivlərdən danışdı.

Diplomat Meksika iqtisadiyyatı barədə bəzi vacib məlumatları, habelə Azərbaycan ilə ikitərəfli ticarətin göstəricilərini vurğuladı: "İkitərəfli ticarət artıb. Meksikanın statistik göstəricilərinə əsasən 2014-cü ildə ikitərəfli ticarət həcmi 2 milyon dollardan bir qədər az idi. Azərbaycan tərəfinin təqdim etdiyi statistikaya görə 2015-ci ildə bu göstərici 22 milyondan çox olmuşdu, 2016-cı ildə isə rəqəmlər oxşar idi. Bu orta illik göstəricilərinin artmasını göstərir" - səfir Labardini qeyd etdi.

Meksika və Azərbaycan ticarət, nəqliyyat və tranzit, habelə energetika sahəsində əhəmiyyətli mərkəzlərə çevrilərək, müvafiq regionların vacib iştirakçılarıdır. Coğrafi məsafə ikitərəfli əməkdaşlığa maneə deyil. Əksinə, bir çox sektorlarda əməkdaşlıq etmək üçün imkanların geniş spektrini göstərir: neft və qaz, ticarət, turizm, mədəniyyət, idman və s. Təcrübə və fikir mübadiləsi, qarşılıqlı səfərlər və hüquqi bazanın möhkəmlənməsi ikitərəfli münasibətlərin gücləndirilməsində  vacib  faktorlardır.

Səfirliklərin məhsuldar fəaliyyəti nəticəsində hər iki xalq bir-birini daha yaxşı tanıdı və daha yaxın oldu. Burada milli mədəniyyətin müxtəlif sahələrində tədbirlərin keçirilməsi yüksək qiymətləndirilir: musiqi, rəssamlıq, heykəltəraşlıq, rəqs, milli mətbəx və s.Bu il ərzində Meksikanın Azərbaycandakı Səfirliyi onlardan bir neçəsini təşkil etdi: dünya şöhrətli rəqqasə və kastanyet ifaçısı Sonia Amelionun təqdimatı, Dieqo Rivero və Frida Kalonun həyatına həsr olunmuş foto-sərgi, eyni zamanda XX əsrin bu böyük rəssamının sevgisi və ağrısı haqqında hekayə meksikalı aktrisa Ana Alisia Salas tərəfindən ilk dəfə idi ki, Bakıda təqdim olundu.Həmçinin azərbaycanlılar, müvafiq olaraq, Xaçmaz və Qəbələ şəhərlərində baş tutan festivallarda "meksika dolması" - tamal təamını və çili mürrəbbəsini tanımaq imkanını əldə etdilər.Bu, publikada böyük maraq oyadan mədəni nümunələrin bir hissəsidir.

Meksika ilə Azərbaycan arasında diplomatik münasibətlər 10 fevral 1992-ci  il tarixində qurulmuşdur.Azərbaycanın Latın Amerikasında ilk səfirliyi 2007-ci ildə Meksikada açılmışdır və yeddi il sonra, 2014-cü ildə Meksika Qafqazdakı ilk səfirliyini məhz Azərbaycanda açdı.

Meksikanın  Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Rodriqo Labardininin  çıxışı:

Bienvenidos a México! Meksikaya xoş gəlmişsiniz! Welcome to Mexico!

İki ildən bir az çoxdur ki, bu gözəl torpağa gəlmişəm. Dostluğumuzu möhkəmləndirdiyimiz illər və aylar ötüb.Yeni yerlər, yeni təamlar və yeni dostlar. Azərbaycan qollarını Meksikaya açıb. Meksika və Azərbaycan - artıq daha yaxın olublar.

Təbiət bizə öz mövcud gücünü xatırladır. Dünyada iqlim dəyişikliyi bəllidir, rekord temperatur göstəriciləri dünya üzrə həm yay, həm də qış fəsillərində müşahidə olunur. Bu nə üçün Meksikanın Paris Sazişində iştirak etməsini və 2030-cu il üçün istixana effekti olan qazların 22 faizədək azaldılması daxil olmaqla, karbon tullantılarının azaldılmasına dair öz strategiyasını təqdim edən ilk beş ölkədən biri olmasını bildirir. Eyni zamanda bu, Meksikanın niyə görə ərazisinin təxminən bir yarısını qorunan təbii ərazi elan etməsini izah edir: İspaniya, Portuqaliya və İtaliya ərazilərinin ümumi sahəsinə bərabər 90 milyon hektar.

Son iki onillik ərzində şiddətli fırtınalar 30 faizdən çox artmışdır. Daha çox qasırğalar daha çox təlafatlarla. Son iki həftə ərzində onlardan üçünün şahidi olduq. Vilma, Katrina və digər adlar arasında indi Katya, Xose və İrma adları yadımızda olacaq. Yüzlərlə ölülər və xəsarət alanlar, saysız ziyan.Və əlbəttə ki, Yer kürəsi bizi zəlzələlərlə sınağa çəkir. Keçən həftə Meksikanın tarixində baş vermiş ən güclü zəlzələ nəticəsində 97 nəfər həyatını itirib. Mən Prezident Əliyevə Meksika xalqına və Prezident Penya Nietoya göndərdiyi başsağlıqları üçün təşəkkürümü bildirirəm. Təbiət bizi xoş məramımızı, yaxşı münasibətimizi və dostluğumuzu bir araya gətirməyə çağırır və bununla da, hamımız insan irqisi olaraq problemlərimizi həll edə və birgə işləyə bilərik. Qurbanların əziz xatirəsi daim yaşayacaqdır. Onların xatirəsini bir dəqiqəlik sükutla yad edək.

Meksika ilə Azərbaycan arasında münasibətlər sabit şəkildə artır. Neft və qaz Meksika ilə Azərbaycan arasında olan təbii bağlılıqlardır.Meksika Neft İnstitutundan gələn rəsmilər neft sahəsilə bağlı təhsil ocaqları və tədqiqat mərkəzlərində olublar. Onların danışdığı dil nə ispan, nə də Azərbaycan dili idi. Onlar density, upstream, offshore, corrosion, downstream-dən söhbət edirdi. Digər sözlərlə, onların yeganə ünsiyyət qurduğları dil: neft və əməkdaşlıq idi.

Meksika və Azərbaycan dünyanın müvafiq yerlərində qlobal ticarət və loqistika mərkəzlərinə çevrilmək təşəbbüsündədirlər.Azərbaycan bütün əsas istiqamətlər üzrə müxtəlif nəqliyyat dəhlizləri üzərində iş aparır: Şimal-Cənub, Şərq-Qərb, Cənub-Qərb. Meksika 12 azad ticarət sazişi əsasında əhalisi 1,1 milyard nəfərdən çox olan və dünya ÜDM təxminən 60faizini təşkil edən 46 ölkə ilə bilavasitə əlaqədədir. Bu, Meksikanın nə üçün Latın Amerikada və Karib hövzəsində birbaşa xarici investisiyaya görə ikinci istiqamət olmasını izah edir. 2016-ci ilin göstəricilərinə əsasən ölkə təxminən 4 milyon nəqliyyat vasitəsi ilə dünyanın 7-ci avtomobil istehsalçısına və 4-cü nəqliyyat vasitəsi ixracatçısına çevrildi. Bu gün Meksika dünyanın 13-cü iqtisadiyyatıdır və biz 2040-cı il üçün 6-cı iqtisadiyyat olmağa hazırıq.Dünyada hər üç avokadodan biri Meksika istehsalına aiddir. Meksika düz ekranlı televizorların dünya üzrə 1-ci istehsalçısıdır. Meksika dünyanın ən iri pivə ixracatçısıdır. Azərbaycana daha çox Meksika pivəsi gətirən İdxal MMC sayəsində bugün Korona burada var.Təşəkkürlər, İdxal. Mən həmçinin Tekila Milli Sənaye Palatasına bu gün həm təbii şəkildə, həm də marqarita içkisinin tərkibində dadacağımız tekilaya görə minnətdaram.

Ölkələrimiz arasında ticarət həcmi böyük olmasa da, göstəricilər aydın şəkildə artmışdır.Səfirlik 2014-cü ilin oktyabr ayında açılmışdır, o zaman Meksikanın statistik göstəricilərinə görə ticarət 2 milyon dollardan az idi. 2015-ci ildə Azərbaycanın statistik göstəricilərinə əsasən, bu rəqəm 22 milyon dollara qalxdı. 2016-ci ildə bu göstərici 21 milyon dollardan bir qədər az idi. Biz orta göstəriciləri artırdıq. Maraqlıdır ki, 2016-ci ildə biz kiçik alışların (3.000 ABŞ dollarından 7.000 ABŞ dollarına qədər) həyata keçirildiyi 50 tariflərə rast gəldik. Görünür ki, Azərbaycan Meksikanın iri iqtisadiyyat və Meksika məhsullarının mövcud olmaları barədə məlumatlanır. Onlar kiçik həcmlərdə alınır, çünki mən inanıram ki, ehtiyatlı istehlakçıların Meksika məhsulları test olunur.

Biz WorldFood-Baku sərgisində iştirak edərək 15 müxtəlif kateqoriyalı məhsulları təqdim etdik. Onların arasında lobya, noxud, çili bibəri ilə şirniyyatlar, üyüdülmüş çili bibəri (qarpız və sitrus meyvələri ilə mükəmməldir), pivə, tekila və meskal. Meksika məhsullarında maraqlı olan 40-a yaxın iş adamı ilə tanış olduq. Meksikanın ilk ticarət missiyası Bakıya iyun ayında gəldi. Oaxaka ştatından olan rəsmilər və meksikalı istehsalçılar azərbaycanlı idxalçılar və distribyütorlarla görüşdü, onlar meskal, çili bibəri, şokolad və souslar daxil olmaqla məhsullardan və rəqəmlərdən söhbət apardılar.

Gələcəyi düşünərək, Meksika xaricilər və meksikalılar üçün 80 mindən çox təqaüd təklif edir. Tam ikidilli proqramlarla təchiz olunan 21 universitetimiz mövcuddur. Meksikada limnologiya və dəniz elmləri daxil olmaqla 1,800-dən çox müxtəlif tədris sahələri üzrə təqaüd proqramları var. Ölkələrin qarşılıqlı tanıtımı hər iki ölkənin universitetləri arasında əməkdaşlığa da təkan verdi. Məsələn, Anauak Universiteti ilə Bakı Dövlət Universiteti. Əslində, bəzi azərbaycanlılar Meksika təqaüdü ilə artıq Meksikada təhsil alırlar.

Biz Meksika mədəniyyətini ibtidai və orta məktəblərə apardıq.Uşaqlar pinyata haqqında eşitmişdilər, amma bu dəfə onlar artıq özləri pinyatanın hazırlanması və sındırılmasını öyrəndilər. Hətta böyüklər bu prosesdə iştirak edib, onlarla birlikdə əyləndilər.

Meksika və Azərbaycan turizmin inkişafına səy göstərirlər.Turizm iqtisadiyyata töhvə verir. Bu hər iki tərəfin bölüşə və öyrənə biləcəyi bir sahədir. Yəgin xatırlayırsınız ki, romantik turizmin 23faizi Meksikanın payına düşür (nikah, toy, bal ayı, ildönümü kimi xüsusi günləri qeyd etmək üçün turizm növü). Turizm Meksika ÜDM-un 9faizini təşkil edir.2016-cı ildə ölkəyə gələn 35 milyondan çox turist ilə Meksika dünyanın 8-ci ən çox ziyarət olunan ölkəsi oldu. Gələn turistlər isə ölkədə 20 milyard dollardan çox vəsait xərcləyiblər. Niyə də, yox? Meksika lyüks turizm üzrə birinci istiqamətdir. Riviera Maya, Los Kabos, Riviera Nayarit, Kankun, Oaxaka, Puerto Vayarta, San Migel de Ayende, Puebla kimi əsrarəngiz məkanları ilə Meksika romatizmin beşiyi sayılır.

Bakıda oluduğumuz müddətdə Səfirlik bütün Meksika ilə bütün Azərbaycan üçün çalışır. Bundan irəli gələrək keçən il biz Gəncə, Mingəçevir, Qəbələ və Şamaxı şəhərlərində baş tutan səyyar rəsm sərgisini təşkil etdik. Bu il isə biz Xaçmazda keçirilən Dolma Festivalında və Qəbələdə baş tutan Mürəbbə Festivalında iştirak etdik.Azərbaycanlıların Meksikada 500-dən çox tamal (Meksika dolması) növünün mövcudluğunu bilməsi, meyvə və çili bibəri tərkibli mürəbbələri tanıması və dadmasını müşahidə etmək necə də ürəkaçan idi. İlk öncə onlar ehtiyatla mürəbbələrin dadına baxıb, sonra isə çili bibərinin özünü istədilər!

Bu il biz möhtəşəm meksikalı artistləri qəbul elədik. Öz təqdimatı ilə bizi heyran edən  Sonia Amelio və həyat hekayəsindən bizə mahnıları ilə bəhs edən, ölülər dünyasından gələn Frida Kalo.

Gələn ay biz Pako Renterianı dinləyəcəyik. Meksikalılar Azərbaycana gəlməyin yolunu tapırlar.

Gördüyünüz kimi, musiqi və nəğmələr emosiya və hissləri çatdırırlar. Möhtəşəm ifaçı Oya Ergunun heyrətamiz səsi ilə Azərbaycan və Meksikanın dövlət himnlərini qürurla dinlədik. Sizə təşəkkürümü bildirirəm.

İki ölkənin bir araya gəlməsini simvolizə edən Mariaçi Bakı ilə Meksika müsiqisindən gecənin qalan hissində həzz alacayıq. Bakıda Mariaçi qrupunun olmamağını nəzərə alaraq yeni birisini qurmağı qərarına gəldim. Baki Musiqi Akademiyasında bir musiqi xəzinəsini tapdım. Onlar Meksika sayağı Azərbaycan qonaqpərvərliyi ilə yalnız Maya Restoranında deyil, xüsusi günlərinizdə - ad günləri, ildönümləri və digər tədbirlərə sevinc və əyləncə qatacaqlar.

Heydər Əliyev Mərkəzində möhtəşəm bir sərgi başa çatdı. Bu, tanınmış meksikalı heykəltəraş Xorxe Marin tərəfindən yaradılan, hündürlüyü iki metrdən artıq olan 10 monumental əsəri özündə cəmləşdirən "Varlığın Canlanması" sərgisi idi.Onun açılış mərasimi Mərkəzdə baş tutan ən iri və ən üzun müddətli tədbirlərdən biri idi - 11 ay. 2016-ci ilin oktyabrında açılmış bu sərginin bağlanışı 2017-ci ilin mart ayına təsadüf edilirdi, lakin ilk öncə avqust ayına qədər, sonra da isə bu gün, sentyabrın 15-nə qədər uzadılmışdır. Mən Heydər Əliyev Fonduna, şəxsən onun prezidenti, birinci xanım Mehriban Əliyevaya və Fondun vitse-prezidenti Leyla Əliyevaya, eyni zamanda, Xorxe Marinə öz dərin hörmət və ehtiramımı ifadə edirəm.

Daha çox azərbaycanlılar Meksikaya gedirlər. Səyahətlərin səbəbi yalnız məkanlar, mətbəx, piramidlər, çimərliklər və onları dəvət edən insanlar deyil. Həmçinin ona görə ki, siz Meksikaya təhsil, məzuniyyət, biznes turizm, romantik turizm və ya əyləncə üçün getmək istədiyiniz təqdirdə Səfirlik vizaları təqdim edir.

Bu gün biz Landmarkda görüşürük. Məhz Landmarkda olduğumuz üçün mən sənə öz təşəkkürümü bildirirəm. Buradan başqa harada?

Ürəklərimizlə sizin qonaqpərvərliyinizi və dostluğunuzu hiss edirik. Hər iki ölkədə ailə cəmiyyətin ən yüksək dəyəri sayılır. Bu il bizim dostluğumuz möhkəmləndi. Odlar Yurdunda mənim yeni ailəm var. Dərin minnətdarlıq hissi ilə mənim əziz dostum, mənim xalaoğlum və mənim qardaşım kəlmələrini deyirəm.

Çox təşəkkür edirəm.! Viva México! Viva Azerbaiyán!

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.