Ərdoğan: "Balkanlardan, Qafqazdan gələn milyonlarla qardaşımızı bağrımıza basdıq"

Day.Az представляет новость на азербайджанском языке

"Suriyada işlər qarışandan bəri sərhədlərimizi açmışıq və gələn milyonlarla qardaşlarımızı qonaq etməyə davam edirik"

Day.Az-ın məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, çətin günlərində yanlarında olduğumuz qardaşlarımızın, həssaslıq göstərmələrini gözləməyin də haqqımız olduğunu düşünürük:

"Qurtuluş müharibəmizdən sonra yeni dövlətimizi quranda əhalimizin əksəriyyəti mühacirlərdən ibarət idi. Respublika dövründə də fərqli davranmadıq. Bəzən balkanlardan, Qafqazdan gələn milyonlarla qardaşımızı bağrımıza basdıq. Çörəyimizi bölüşdük, vətənimizi vətənləri olaraq görmələrini təmin etdik. Körfəz müharibəsində, Şimali İraqdakı qardaşlarımıza heç düşünmədən dərhal sərhədlərimizi açdıq və Kürd qardaşlarımızı qonaq etdik.

Suriyada işlər qarışandan bəri sərhədlərimizi açmışıq və gələn milyonlarla qardaşlarımızı qonaq etməyə davam edirik. Türkiyə üçün bunların heç biri zülm deyil, yük deyil. Biz tam əksinə, məmnuniyyət duyuruq. Ancaq çətin günlərində yanlarında olduğumuz qardaşlarımızın, həssaslıq göstərmələrini gözləməyin də haqqımız olduğunu düşünürük. Bizim nə İraq, nə Suriyadakı Kürd qardaşlarımızla ədavətimiz yoxdur. İraq və Suriyadakı Ərəblərə, Türkmənlərə necə baxırıqsa Kürdlərə də eyni şəkildə baxırıq. Bizim dərdimiz yalnız və yalnız terror təşkilatlarıdır. PKK ilə mübarizə edərkən, bu terrorçuların kimliyinə dilinə xislətinə baxmırıq. İŞİD ilə mübarizə edərkən də baxmırıq. FETO ilə mübarizədə də tək meyarımız terror təşkilatı mənsubu olub olmamasıdır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.